"Azərbaycanın inkişafı davam edir, ölkəmiz yeni eraya qədəm qoyur. Bu gün bizim işğal olunmuş torpaqlarımızdan başqa ciddi problemimiz qalmayıb. Prezident İlham Əliyevin iradəsi və bacarığı ilə bu problemi də həll edəcəyik". Bu fikirləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdanadək Ermənistandan qaçqın düşmüş və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanlar üçün, demək olar ki, heç bir iş görülməmişdi. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti illərində onlara dövlətin diqqət və qayğısı artırıldı, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görüldü.
"Qaçqın və məcburi köçkünlər üçün görülmüş işlərin 92 faizi məhz son 10 ilin payına düşür"- deyə, Ə.Həsənov vurğulayıb.
yap.org.az