PDF Oxu

Siyasət

  • 97

BMT baş katibinin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciəti yayılmışdır

BMT baş katibinin 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciəti yayılmışdır

BMT-nin baş katibi Pan Gi Munun 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı müraciəti yayılmışdır.

Müraciətdə deyilir ki, İnsan Hüquqları Günü Baş Assambleya tərəfindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ildönümünü qeyd edir. Bu il, həmçinin İnsan Hüquqları üzrə Beynəlxalq Konfransın Vyana Bəyannaməsi və Fəaliyyət Proqramının 20 illiyi də qeyd edilir. Səkkiz yüzdən artıq qeyri-hökumət təşkilatının, milli qurumların, saziş tərəfləri və elmi-tədqiqat mərkəzlərinin iştirakından bəhrələnən üzv dövlətlər gələcəyə uzunmüddətli baxış qəbul edərək İnsan Hüquqları üzrə Ali Komissarlığı təsis etmiş və bununla da beynəlxalq ictimaiyyətin çoxdankı arzularından birini reallığa çevirmişlər.

Bildirilir ki, İnsan Hüquqları üzrə Ali Komissarlığın fəaliyyət göstərdiyi iki onillik ərzində beş əzmkar ali komissar insan hüquqlarının qlobal səviyyədə təmin edilməsi işində BMT-nin fəaliyyətinin önündə durmuşlar. Komissarlıq hüquq normaları və mexanizmlərinin geniş şəbəkəsi vasitəsilə qurbanların hüquqlarını müdafiə edir, dövlətləri öz öhdəliklərinə əməl etməyə sövq edir, insan hüquqları mütəxəssislərini və təşkilatlarını dəstəkləyir və 61 ölkədə fəaliyyəti ilə dövlətlərə insan hüquqları üzrə potensialın inkişafında yardım göstərir.

Diqqətə çatdırılır ki, insan hüquqlarının təşviqi BMT-nin təməl məqsədlərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirmişdir. Bu gün uğurun əsas şərti üzv dövlətlərin siyasi iradəsinin olmasıdır. Hər şeydən əvvəl insan hüquqlarının müdafiəsi və milli səviyyədə zorakılığın qarşısının alınmasında dövlətlər öhdəlik daşıyır. Bu, heç də hər zaman asan olmur. Biz ötən 20 il ərzində genosid, beynəlxalq insan hüquqları və humanitar hüquq sahəsində digər bu kimi dəhşətli və böyük miqyaslı zorakılıqlar gördük.

Qeyd edilir ki, gələcəkdə fəlakətlərin qarşısının alınması və onlara cavab verilməsi üçün BMT sisteminin təkmilləşdirilməsi yeni bir təşəbbüsün – Hüquqlar naminə Fəaliyyət Planının kökündə durur. Planın məqsədi BMT sistemi və bütün heyət tərəfindən insan hüquqlarının təşkilatın kollektiv öhdəliklərində mərkəzi yer tutduğunun tanınmasını təmin etməkdir. O, hər şeydən əvvəl geniş yayılmış pozuntulara bizim cavabımızı möhkəmləndirməyə, eləcə də hüquqlara əsaslanan erkən xəbərdarlıq və fəaliyyətin vurğulanması vasitəsilə bu cür halların ümumiyyətlə baş verməsinin qarşısını almağa çalışır.

Baş katib demişdir: "İnsan Hüquqları Günündə mən dövlətləri Vyana Konfransında verdikləri vədləri yerinə yetirməyə çağırıram. Mən BMT Katibliyini, fond və proqramlarını insan hüquqlarının pozulması hallarında sayıq olmağa çağırır və onların bu cür hallarla mübarizə aparmağa öhdəlik götürdüklərini xatırladıram. Son olaraq, vəfatı ilə dünyanı qəhərləndirən dövrümüzün dahi insan hüquqları rəmzi kimi tanınan Nelson Mandelanı yad edirəm. Onun həyatı boyu insan ləyaqəti, bərabərlik, ədalət və şərəfi naminə etdiyi mübarizə hər kəs üçün insan hüquqlarının təminatı fəaliyyətimizdə ilham mənbəyimiz olacaqdır".

yap.org.az

Digər xəbərlər