PDF Oxu

Siyasət

  • 72

Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcəkdir

Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcəkdir

Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcəkdir.

İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcəkdir.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Fəzail Ağamalı və Yevda Abramov daxildirlər.

Tədbirdə 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycan ilə Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivləri və hazırkı vəziyyəti, parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkiblərinə dəyişikliklər edilməsi, növbəti 12-ci iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və s. müzakirə ediləcəkdir.

yap.org.az

Digər xəbərlər