"Siyasi partiyalar haqqında" və "QHT-lər haqqında" qanunlara edilən əlavə və dəyişiklər Azərbaycan Konstitusiyasına və digər qanunlara uyğun formada edilir. Burada heç bir qeyri adi şey görmürəm, bu tamamilə normal bir dəyişiklikdir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli məcilisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.Z.Əsgərov millət vəkillərinin maaşlarının artırılması məsələsinə də münasibət bildirib: "Nədənsə millət vəkillərinin maaşı qalxanda bu çox ajiotaj yaradır. Amma əslində burada qeyri adi bir şey görmürəm. Əvvəla onu deyim ki, bizim millət vəkillərinin maaşı xeyli illər əvvəl qalxmışdı. Maaşın qalxması normal bir məsələdir. Bunu nə ilə isə əlaqələndirməyin heç bir əhəmiyyəti yoxdur".
sia.az