PDF Oxu

Siyasət

  • 77

Elmira Süleymanova: "Elə sahə yoxdur ki, orada Ulu Öndərin izləri görünməsin"

Elmira Süleymanova: "Elə sahə yoxdur ki, orada Ulu Öndərin izləri görünməsin"

"Apardığımız müşahidələr zamamı görürük ki, il keçirilən bütün tədbirlərdə Ulu öndər anılır, xatırlanır və ya ona həsr edilən müxtəlif tədbirlər həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözləri Ombudsman Elmira Süleymanova Ulu Öndərin anım günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.O bildirib ki, müstəqil Azərbaycanın yaranmasında Ulu Öndərin misilsiz xidmətləri var.

Onun sözlərinə görə, Ümummilli lider təkcə Axərbaycanda deyil, bütün dünyada məşhur şəxsiyyət kimi tanınıb: "Deyirlər ki, Ulu Öndər əsrlərlə yaşamaq üçün həyata gəlib. Bu, həqiqətən də belədir. Onun Azərbaycanın dünyada tanıdılması ilə bağlı xidmətləri təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da əvəzsiz olub. Elə bir sahə yoxdur ki, orada Ulu Öndərin izləri görünməsin. Dahi Lider qısa bir müddətdə Azərbaycanı dünyada tanıtmağa başladı. O, çox qabaqgörən bir insan idi".

Ulu Öndərin işğal olunmuş torpaqlarımızın həlli istiqamətində gördüy işlərdən söz açan Ombudsmanın sözlərinə görə, elə beynəlxalq tədbir olmurdu ki, Ümummilli Lider Heydər Əliyev orada Dağlıq Qarabağla baölı ürəkağrısı ilə danışmasın: "Biz onunla bir çox xarici ölkələrdə tədbirlərdə olmuşuq. Ulu Öndər oradakı çıxışlarında bütün dünyaya sübut edirdi ki, Dağlıq Qarabağ əslən Azərbaycan torpaqlarıdır. Ulu Öndər ömrünün əsas hissəsini bu məsələyə sərf etdi. Lakin dünyada gedən proseslər nəticəsində çox təəssüf ki, hələ də bu problem öz həllini tapmayıb. Lakin mən inanıram və əminəm ki, hazırki ölkə başçısı İlham Əliyev tərəfİndən problemlə bağlı yaradılan dönüş nəticəsində tezlikə torpaqlarımızı geri qaytarcağıq".

sia.az

Digər xəbərlər