Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasi xadim Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Rövşən Əhmədov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Çıxışlarda Ulu Öndərin istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövrdə ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycan xalqının rifah halının yüksəldilməsi, müstəqil dövlətimizin inkişafı naminə atdığı addımlardan bəhs edilmiş, əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev misilsiz xidmətləri ilə xalqının məhəbbətini qazanmış, onun yaddaşına əbədi həkk olunmuşdur. Bu gün ümummilli lider Heydər Əliyev cismən aramızda olmasa da, ruhən hər zaman bizimlədir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini daim qəlbində yaşadır və yaşadacaqdır.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
AzərTAc