PDF Oxu

Siyasət

  • 69

Əflatun Amaşov: "Ulu Öndər mətbuatın inkişafında misilsiz xidmətlərə malikdir"

Əflatun Amaşov: "Ulu Öndər mətbuatın inkişafında misilsiz xidmətlərə malikdir"

"Ulu Öndər hakimiyyətə gəlməsəydi Azərbaycan hazırda tanınmayan, qonşu dövlətlərin tapdağında olan bir ölkəyə çevrilə bilərdi". SİA-nın məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümummill Lider Heydər Əliyevin anım fünü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevi ikinci dəfə hakimiyyətə gələn zaman ölkəmiz çox ağır dövrünü yaşayırdı. Onun sözlərinə, Ümummilli Lider tez bir zamanda ölkəmizi dirçəldərək qabaqcıl ölkələr sırasına daxil olmasına nail oldu: "Belə bir çətin dövrdə Ulu Öndər tərəfindən həyata keçirilən güclü siyasət nəticəsində ölkədə sakitlik bərqərar oldu, Azərbaycan inkişaf dinamikası ilə bir çox ölkələri geridə qoydu. Bütün bunları etmək hər insana nəsib olmur. Lakin bu, Ulu Öndərə nəsib oldu".

Ə.Amaşov həmçinin bildirib ki, Ümummilli Lider Azərbaycanı regionda qüdrətli dövlətə çevirib: "Azərbaycan bundan sonra da güclü olacaq və inanərıq ki, tezliklə ərazi bütövlüyümüz bərpa olunacaq".

Ümummilli Liderin mətbuatın inkişafı ilə bağlı gördüyü işlərdən danışan MŞ sədri söyləyib ki, Ulu Öndər həmçinin mətbuatımızın inkişafında da misilsiz xidmətlərə malikdir: "2001-ci ildə Azərbaycan jurnalistikası ölüm-qalım dövrünü yaşayırdı. Məhz həmin dövrdə Ümummilli Lider tərəfindən mətbuatın borclarının silinməsi bu sahənin inkişafına yeni töhfə vermiş oldu. Bundan qabaq isə Ümummilli Lider 1998-ci ildə Kütləvi İnformasiya Vasitələrini senzuradan azad etdi".

sia.az

Digər xəbərlər