PDF Oxu

Siyasət

  • 65

Hikmət Babaoğlu: “Ulu öndərin ideyaları dövlətimizin ayaqda durmasını təmin etdi”

Hikmət Babaoğlu: “Ulu öndərin ideyaları dövlətimizin ayaqda durmasını təmin etdi”

"Dekabrın 12-si, Azərbaycan xalqının tarixində xüsusi (xatirə, anım və yeni dövrün başlanğıcı) bir gündür. Çünki Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşərkən deyibBaş redaktorun sözlərinə görə, hər nə qədər Ulu öndərin öz fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də dahi şəxsiyyətin ideyaları, əməlləri, strateji kursu dövlətimizin ayaqda durmasını təmin etdi: "Eyni zamanda bu, ölkəmizin inkişafına əlverişli zəmin yaratdı. Biz bu konteksdən yanaşdıqda deyə bilərik ki, bu, dahi şəxsiyyətin Azərbaycan xalqı, dövlətçiliyi qarşısındakı xidməti idi. Ötən 10 il göstərdi ki, bu illər ərzində Azərbaycanın iqtisadi, siyasi inkişafı, ictimai-mənəvi həmrəyliyi də və s. Ulu Öndərin yaratdığı ideoloji, iqtisadi, siyasi zəmin üzərində formalaşıb. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli liderin şah əsəri kimi səciyyələndiririksə, hesab edirəm ki, tamamilə haqlıyıq. Çünki böyük dövlət xadimlərinin böyüklüyü onunla ölçülür ki, onun qurduğu dövlət, formalaşdırdığı ideologiya (dövlətçilik, ümummilli ideologiya) uzunömürlü olsun və müxtəlif sınaqlara davam gətirsin. Ulu öndər Heydər Əliyevin hələ Sovet dövründə yaratdığı Azərbaycançılıq fəlsəfəsi, milli həmrəylik, təssübkeşlik, vətənpərvərlik, dirçəliş ideyaları və s. o gündən bu günə qədər də ölkəmizin, xalqımızın inkişafına xidmət edir və onu gücləndirir. Əlbəttə ki, bütün bunlar heç də sadə məsələlər deyil. Çünki bir xalqın tarixində dahi hər il doğulmur. Bu mənada hesab edirəm ki, xalqın mövcudluğunu təmin edəcək, ona ictimai nizam verəcək liderlər həmin xalq üçün əzizdir, unudulmazdır və dahidir. Məhz bu keyfiyyətlərinə görə də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün əzizdir".

sia.az

Digər xəbərlər