PDF Oxu

Siyasət

  • 67

Ulu öndərin xatirəsi anılmışdır

Ulu öndərin xatirəsi anılmışdır

Dekabrın 11-də "Xüsusi Müalicə-Sağlamlıq Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsini anma gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Kompleksin baş direktoru İxtiyar Sultanov Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmiş, Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən, yorulmaz fəaliyyətindən danışmışdır. Baş direktor Heydər Əliyev ideyalarının həyata keçirilməsi, onun siyasi kursunun davam etdirilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli fəaliyyətindən, sosialyönümlü daxili və balanslaşdırılmış xarici siyasətindən ətraflı söhbət açmışdır.

Kompleksin həkimi Sabir Atalıyev çıxış edərək, xalqımızın milli dəyərlərinin qorunması, görkəmli şəxsiyyətlərimizin dünyada tanıdılması, milli kadrların hazırlanması, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin bu günü və gələcəyinin təmin edilməsi sahəsində Ulu Öndərin misilsiz xidmətlərindən danışmışdır. S.Atalıyev ölkəmizdəki siyasi sabitliyin, xalqımızın xoş güzəranının təmin olunması sahəsində Prezident İlham Əliyevin uğurlu fəaliyyətini Heydər Əliyev siyasətinin təntənəsi kimi xarakterizə etmişdir.

Həkim-oftalmoloq Bahar Mustafayeva çıxışında Ulu Öndərin dünyanın böyük siyasi xadimləri arasında tutduğu önəmli mövqeyindən danışmış, Ümummilli Liderin xilaskarlıq missiyasının əhəmiyyətini vurğulamışdır.

Yeni Azərbaycan Partiyasının Kompleksdəki ilk təşkilatının sədri Elmira Məmmədova partiyanın bugünkü uğurlarından danışmış, Ulu Öndərə ümumxalq məhəbbətindən söhbət açmışdır.

Həkim Asif Abdullayev Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən danışmış, onun həkim və tibb işçilərinə olan qayğısından bəhs etmişdir.

Bütün çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycanın daha parlaq gələcəyinə hesablandığı xüsusi vurğulanmışdır.

AzərTAc

Digər xəbərlər