PDF Oxu

Siyasət

  • 75

“Əl-Yaum əs-Sabi” portalı: "Ulu öndərin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq"

“Əl-Yaum əs-Sabi” portalı: "Ulu öndərin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq"

Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Misirin nüfuzlu "Əl-Yaum əs-Sabi" portalında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi yerləşdirilib.Ş.Abdullayev məqalədə ümummilli lider Heydər Əliyevin mənalı həyatı və zəngin təcrübəsi haqqında ətraflı məlumat verib, Azərbaycanın bir dövlət kimi zamanın ağır və sərt sınaqlarını yaşadığı dövrdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə gəldiyini diqqətə çatdırıb.Diplomat 1994-cü ildə Heydər Əliyevin Misirə səfərindən sonra Azərbaycan ilə bu ölkə arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsi yolunda böyük addımların atıldığını vurğulayıb.Səfir Ümummilli Liderin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin ictimai və iqtisadi həyatında böyük inkişaf proseslərinin getdiyini diqqətə çatdırıb.Diplomat ötən əsrin 90-cı illərində Azərbaycanın çox çətin vəziyyətdə olduğunu, ölkəmizin bir tərəfdən Ermənistanın təcavüzü ilə üzləşdiyini, digər tərəfdən də iqtisadi böhran yaşadığını bildirib, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra respublikada bütün fəlakətlərin qarşının alındığını diqqətə çatdırıb.Yazıda qeyd olunub ki, Ulu öndərin müdrik siyasəti ilə Azərbaycan parlaq gələcəyə doğru addımlayıb, qısa zamanda dövlətin əsasları güclənib, cəbhədə Ermənistan ilə atəşkəsə nail olunub, sabitlik və inkişaf təmin edilib, "Əsrin müqaviləsi" imzalanıb.Müəllif 2003-cü il 12 dekabr tarixinin Azərbaycan tarixində ən kədərli günlərdən biri olduğunu qeyd edərək bildirib ki, Ulu öndərin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq.

sia.az

Digər xəbərlər