Dekabrın 11-də nüfuzlu "Əl-Ray" qəzetində Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevin ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məqaləsi dərc olunub."Heydər Əliyev – Azərbaycanın ümummilli lideri" sərlövhəli məqalədə Ulu öndərin keçdiyi zəngin həyat yolu, xalqımız qarşısındakı əvəzsiz xidmətləri, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxararaq regionun və dünyanın ən dinamik inkişaf edən dövlətinə çevirməsi, demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilmişdir.Səfirin məqaləsi bu fikirlərlə tamamlanır: "Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyərək özünün yeni inkişaf modelini yaradıb. Azərbaycan öz təcrübəsini regionda əməkdaşlıq etdiyi ölkələrlə də paylaşır".
sia.az