PDF Oxu

Siyasət

  • 64

Britaniyanın nüfuzlu “Brite Innovation Review” jurnalı Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs etmişdir

Britaniyanın nüfuzlu “Brite Innovation Review” jurnalı Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs etmişdir

Britaniyanın nüfuzlu "Brite Innovation Review" jurnalında Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən bəhs edən "Bakıdan Mesaj: Elmi innovasiyalar və onların təhsil mühitinə transferi" sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalənin müəllifi forumun iştirakçısı, Suffolk Universitetinin professoru Mayk Saks həm Azərbaycan, həm də forum haqqında təəssüratlarını bölüşmüşdür.

Ölkəmizin son illərdəki sürətli inkişafına toxunan müəllif, "Eurovision - 2012" mahnı müsabiqəsi və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını nümunə göstərmiş, paytaxtın xüsusən son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. Bakının infrastruktur yönümlü mədəni inkişafı məqalədə xüsusi vurğulanmışdır.

Forumda Prezident İlham Əliyevin nitqi ilə başalayan açılış mərasimi ilə tədbirin ilk günündən onun əhəmiyyətinin və beynəlxalq səviyyədə önəminin nümayiş etdirildiyi qeyd olunmuşdur.

Müəllif vurğulamışdır ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər iştirak etmişdir. Ümumilikdə forumda 70 ölkədən 800-ə yaxın qonaq olmuşdur. İki gün ərzində Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil edilmişdir.

Müəllif özüzün moderator olaraq iştirak etdiyi "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi" mövzusunda "dəyirmi masa"nı məqaləsində geniş təhlil etmişdir. Bildirilmişdir ki, "dəyirmi masa"da həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən universitet rektorları, prorektorlar, senat sədri və üzvləri, institut direktorları, akademiklər, professorlar, agentlik və şirkət sədrləri, media nümayəndələri, meriya üzvləri iştirak etmişlər.

Məqalədə diqqətə çatdırılmışdır ki, təhsilin inkişaf etdirilməsi, bu sahədə birgə kadrların hazırlanması, yeni layihələrin tətbiqi və ölkələr arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzularından olmuşdur. Məqalənin sonunda müəllif, foruma BMT və Avropa Şurası kimi beynəlxalq qurumlardan, sözü gedən "dəyirmi masa"ya isə UNESCO-dan dəstək verildiyini vurğulamışdır.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür. Məqalə 24-27-ci səhifələri əhatə edir: http://www.thenef.org.uk/resources/%7b3F359158-7112-4433-B96E-DADDF5312B8A%7d/resource.pdf

AzərTAc

Digər xəbərlər