PDF Oxu

Siyasət

  • 77

Xələf Xələfov: Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələr arasında mövqelərin yaxınlaşmasına nail olunub

Xələf Xələfov: Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələr arasında mövqelərin yaxınlaşmasına nail olunub

"Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələr arasında mövqelərin yaxınlaşmasına nail olunub və 2014-cü ildə Rusiyada planlaşdırılan dövlət başçılarının sammitində yeni razılaşmalara ümid var". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, hazırda İşçi Qrupu prezidentlər səviyyəsində yekun sənədin qəbul olunması üzrə layihələri müzakirə edir. Onun sözlərinə görə, Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qədər gələn ilin birinci rübündə xarici işlər nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Həmin toplantıda sammitdə müzakirə olunacaq layihələr üzrə müzakirələr aparılacaq.

"Xarici işlər nazirlərinin görüşünə qədər, yanvarın sonunda Astanada İşçi Qrupunun görüşü keçiriləcək. Gündəlikdə əsas məsələ Xəzərin statusunun müzakirəsidir. Eyni zamanda, Bakı sammitində qəbul olunan prezident qərarlarının əməli surətdə razılaşdırılmasının başa çatdırılması müzakirə ediləcək. Həmçinin İşçi Qrupu Xəzərin statusundan əlavə olaraq bioloji ehtiyatların qorunması, ekoloji məsələlərlə bağlı sazişlərin imzalanmasını da başa çatdırmaq istəyir"- deyə, nazir müavini vurğulayıb.

sia.az

Digər xəbərlər