"Ulu Öndər Azərbaycan dövlətçiliyinin yaradıcısıdır". Bu sözləri SİA-ya millət vəkili Hadı Rəcəbli Ulu Öndərin anım günü ilə bağlı fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətə gəldikdən sonra qısa bir müddətdə ölkəmiz dünya dövlətləri arasında yüksək nüfuza malik oldu: "Hər kəs bilir ki, o dövrdə ölkəmiz çox acınacaqlı bir vəziyyətdə idi. Azərbaycanın parçalanmasına çox az qalırdı. Lakin Ümumilli Liderin hakimiyyətə gəlməsi ilə ölkəmiz bəlalardan azad olundu. Ulu Öndər ölkədə elə bir sahə olmadı ki, onu kənarda saxlasın. Az bir vaxt ərzində ölkəmizin bütün sahələri inkişaf edərək, özünü inkişaf edən dövlət kimi dünyaya göstərmiş oldu".Ümummilli Liderin gənclər sahəsi ilə bağlı gördüyü işlərdən söz açan millət vəkili vurğulayıb ki, Ulu Öndərin bu sahəyə göstərdiyi diqqət və qayğısının əsas göstəricilərindən biri Gənclər və İdman Nazirliyini yaratması olub: "O dövr üçün belə bir nazirliyin yaradılması yeni institut idi. Bu addımı ilə Ulu Öndər bir daha onu göstərdi ki, Azərbaycanın genofonduna xüsusi diqqət yetirmək lazımdır. Ulu Öndər Gənclər və İdman Nazirliyinin yaradılması və inkşafı ilə gənclərə qayğı və diqqətini, eyni zamanda gənclərin cəmiyyətdə xüsusi önəm kəsb etdiyini bir daha qeyd etmiş oldu. Bundan əlavə, ardıcıl olaraq gənclərlə bağlı tədbirlərin keçirilməsi, tez-tez gənclərlə təmasda olub onların qarşısında çıxış etməsi Heydər Əliyevin gənclərə nə qədər önəm verdiyini bir daha göstərirdi".Millət vəkili həmçinin bildirib ki, Ulu Öndər gənclərlə yanaşı, digər vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində də çox böyük işlər görüb.
sia.az