PDF Oxu

Siyasət

  • 87

YAP GB Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirib

YAP GB Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) YAP Xətai rayonunun inzibati binasında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, görə tədbirdə ilk çıxış edən YAP GB-nin sədri Seymur Orucov hər kəsi salamlayaraq bildirib ki, tədbir Ümummili Lider Heydər Əliyevin anım gününə həsr edilib.Tədbirdə Ulu Öndər bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli çıxış edib. O bildirib ki, bu gün böyük bir şəxsiyyətin, dahi insanın əbədiyyata qovuşduğu bir gündür. Onun sözlərinə görə, Ulu Öndərin keçdiyi həyat yoluna, Azərbaycan xalqı qarşısında həyata keçirdiyi proqramlara nəzər saldıqda bir daha hiss edirik ki, Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həmçinin dünyanın nəhənglərindən biri olub. İ. Həbibbəyli vurğulayıb ki, Ulu Öndər Azərbaycanın II müstəqilliyinin banisidir: "Dünya XX əsrdə Ulu öndəri nəinki tarixi şəxsiyyət kimi tanımışdı, həm də onu qəbul etmişdi. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin deyir ki, onun müəllimi məhz Ulu Öndər olub. Türkiyənin məşhur siyasətçilərindən olan Süleyman Dəmirəl də bildirib ki, Ümummilli Liderin bütün türk dünyasında böyük xidmətləri olub. Bill Klinton isə deyərdi ki, Ulu Öndər nəinki Azərbaycanı, hətta bütün dünyanı idarə edə biləcək bir şəxsiyyətdir. Ulu Öndər haqqında çox danışmaq olar. Ümummilli Liderin Azərbaycan xalqına xidmətləri cild-cild kitabların monoqrafiyası ola bilər. Onun ən böyük xidməti milli təfəkkürümüzün formalaşdırılması olub". Hər bir dövlət, xalq üçün ən böyük nemətin müstəqillik olduğunu deyən AMEA vitse-prezidenti bildirib ki, Ulu Öndər Sovet dövlətinin ən çətin məqamlarında ölkəmizdə müstəqilliyi bərpa edib, onu qoruyub saxlayıb: "Bütün bunlar Ulu Öndərin yüksək idarəçilik qabiliyyəti əsasında həyata keçdi. Onun məqsədi ölkəmizi dünyada tanıtmaq idi və Ümummilli Lider hakimiyyətə gəldikdən sonra qısa müddətdə buna nail ola bildi".

sia.az

Digər xəbərlər