Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin hörmət və ehtiramla anılmışdır.
AzərTAc xəbər verir ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, əmək kollektivləri, ağsaqqallar, gənclər dahi şəxsiyyətin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Ağdamlılar xalqımızın əbədiyaşar lideri Heydər Əliyevə sonsuz sevgi və ehtiramlarını bildirərək, müqəddəs ruhu qarşısında baş əymiş, Ulu Tanrıdan ona rəhmət diləmişlər.
Həmin gün "Dördyol", Quzanlı qəsəbələrində və Qarabağın ən nüfuzlu seyidlərindən olan Seyid Lazım Ağanın Çəmənli kəndindəki ziyarətgahında ehsan süfrələri açılmışdır.
AzərTAc