Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibəti ilə ölkənin hər yerində olduğu kimi, laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində də anım mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, məcburi köçkünlər Ulu Öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı büstünün önünə çiçək və gül dəstələri düzmüş, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmiş, ruhuna dualar oxumuşlar. Mərasimə qatılanlar dahi şəxsiyyətin tarixi xidmətlərindən böyük minnətdarlıq hissi ilə söz açmış, ona Tanrıdan rəhmət diləmişlər.
Daha sonra qəsəbədə şəhid ailələri və aztəminatlı insanlar üçün ehsan süfrəsi açılmışdır.
AzərTAc