Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, xocavəndli məcburi köçkünlər Ulu Öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı büstü önünə əklil və gül dəstələri düzərək xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Ümummilli Liderin ruhuna dualar oxunmuşdur.
Həmin gün qəsəbədə Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız ailələr üçün ehsan süfrəsi açılmışdır.
AzərTAc