PDF Oxu

Siyasət

  • 52

Zərdablılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirlər

Zərdablılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirlər

Zərdabda Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının onuncu ildönümü ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə geniş surətdə qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, dekabrın 12-də səhər saatlarında minlərlə insan - idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, məktəblilər Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, heykəli önünə gül və çiçək dəstələri düzmüşlər.

Sonra Heydər Əliyev Mərkəzində yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev "Heydər Əliyev yeni, müstəqil, demokratik Azərbaycan dövlətini memarıdır" mövzusunda məruzə etmiş, çıxışlar olmuşdur. Ötən əsrin ikinci yarısından etibarən Azərbaycan tarixinin və xalqın taleyinin ulu öndər Heydər Əliyev ilə sıx bağlı olduğunu vurğulayan natiqlər həmin dövrdə həyatımızın bütün sahələrində böyük dirçəliş, inkişaf baş verdiyini diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, hələ sağlığında ikən əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərində ölkəmizin ağır, təlatümlü dövründə, taleyüklü bir məqamda Azərbaycanı xilas etmiş, yenicə müstəqillik qazanmış dövlətimizi zamanın sərt sınaqlarından məharətlə çıxarmışdır.

Yığıncaqda ümummilli liderin 1978-ci il mayın 29-da Zərdaba gəlişi də dərin minnətdarlıqla xatırlanmışdır. Bildirilmişdir ki, hər bir bölgənin qayğıları ilə yaxından maraqlanan Heydər Əliyevin bu səfəri rayonun sosial-iqtisadi yüksəlişinə güclü təkan vermiş, insanları qurub-yaratmağa sövq etmişdir.

Çıxış edənlər Ümummilli Liderin memarı olduğu müasir, müstəqil Azərbaycanın bu gün onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrildiyindən, gələcəyə doğru inamla irəlilədiyindən iftixarla danışmışlar.

Tədbir iştirakçıları daha sonra Ulu Öndərə həsr olunmuş sənədli filmə baxmış, həyat və fəaliyyətindən bəhs edən sənədlərlə tanış olmuşlar.

Həmin gün rayonun bütün məscidlərində anım mərasimləri keçirilmiş, xalqımızın böyük oğlunun ruhuna dualar oxunmuşdur.

AzərTAc

Digər xəbərlər