PDF Oxu

Siyasət

  • 63

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır

Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana axışanlar arasında tələbə gənclər çoxluq təşkil edirdi.

Bakı Dövlət Universitetinin tələbəsi Çingiz Usubov AzərTAc-a demişdir ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərilmiş, gənclərin xaricdə təhsil almalarına şərait yaradılmışdır. Ümummilli Liderimizin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.

Çingiz Usubov bildirmişdir ki, bu gün dünyanın hər yerində Ulu Öndərimizə böyük bir məhəbbət vardır. Ümummilli Liderin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

AzərTAc

Digər xəbərlər