PDF Oxu

Siyasət

  • 78

Bərdəlilər ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tuturlar

Bərdəlilər ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tuturlar

Xalqımızın dahi oğlu Heydər Əliyevin əziz xatirəsi bərdəlilər tərəfindən həmişə uca tutulur. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə Bərdəyə 14 dəfə səfər etmiş, bu torpağın qədirbilən insanları ilə görüşmüşdür. Bu tarixi səfərlərin hər biri rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında dərin izlər qoymuşdur.

Bərdə əhalisi ümummilli lideri Heydər Əliyevin fədakar xidmətlərini heç zaman unutmur, bu dahi insanın ruhuna sonsuz ehtiram nümayiş etdirirlər.

AzərTAc xəbər verir ki, ümummilli liderin Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının əməkdaşları, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Bərdə şəhərindəki abidəsi önünə əklil və tər çiçəklər qoyaraq əziz xatirəsini hörmətlə yad etmişlər. Ümummilli Liderin ruhuna dualar oxunmuşdur.

Anma mərasimi ehsan süfrəsi ilə davam etdirilmişdir.

AzərTAc

Digər xəbərlər