PDF Oxu

Siyasət

  • 105

Ulu öndər Heydər Əliyevin xatirəsi Qəbələdə silsilə tədbirlərlə anılmışdır

Ulu öndər Heydər Əliyevin xatirəsi Qəbələdə silsilə tədbirlərlə anılmışdır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Qəbələ rayonunda da anım mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, gənclər, məktəblilər dahi şəxsiyyət Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən guşələrlə tanış olmuş, mərkəzin bacarıqlı əllər dərnəyinin təşkil etdiyi əl işlərindən ibarət "Əbədiyaşar liderimiz" adlı sərgiyə baxış keçirmişlər. Burada keçirilən elmi-praktik konfransda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətləri barədə məruzələr dinlənilmişdir. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinin maraqlı anlarından bəhs edən film nümayiş olunmuşdur.

Xatırladaq ki, Qəbələ Rayon İcra Hakimiyyətinin hazırladığı xüsusi tədbirlər planına əsasən ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "dəyirmi masa"lar keçirilmiş, sərgilər, müsabiqələr və idman yarışları təşkil olunmuşdur.

AzərTAc

Digər xəbərlər