Liviyanın geniş oxucu kütləsinə malik "Fevral" qəzetinin 12 dekabr tarixli nömrəsində "Ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü" sərlövhəli məqalə dərc olunub.Məqalədə bildirilir ki, bütün həyatını ölkəsinin inkişafına, xalqının rifahına həsr edən ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması ilə iqtisadi və sosial həyatda ciddi dönüş yaranıb. Müəllif Ümummilli Liderin Azərbaycanın dünya ölkələri ilə sıx əlaqələr qurması üçün ciddi səylər göstərdiyini diqqətə çatdırır.Məqalədə ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda neft sənayesi, təhsil, səhiyyə, mədəniyyət və incəsənət sahələrində uğurlar əldə edilməsindən söhbət açılır, güclü ordu quruculuğunun Ümummilli Liderin daim diqqət mərkəzində olması diqqətə çatdırılır.Müəllif Azərbaycan xalqının istəyinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayır, ölkənin dünya birliyində layiqli yer tutduğunu yazır.Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində yaşadığı vurğulanır.
sia.az