PDF Oxu

Siyasət

  • 69

“Azərbaycanı ABŞ-ın müttəfiqi kimi tanımağın vaxtıdır”

“Azərbaycanı ABŞ-ın müttəfiqi kimi tanımağın vaxtıdır”

Amerikada çıxan "The Washington Times" qəzetində konqresmen Hovard Koblun "Azərbaycanı ABŞ-ın müttəfiqi kimi tanımağın vaxtıdır" sərlövhəli məqaləsi dərc edilib.H.Kobl öz məqaləsində Azərbaycanın nailiyyətləri və onun energetika sahəsində Qərb ilə əməkdaşlığı barədə söhbət açır. Müəllif qeyd edir ki, Cənub Qaz dəhlizi layihəsi Azərbaycanın uğurlu enerji strategiyasının nəticəsidir. Konqresmen xüsusi vurğulayır ki, Azərbaycanın mürəkkəb regionda yerləşməsinə baxmayaraq, bu ölkə müstəqil xarici siyasət yeritməkdə davam edir.1985-ci ildən Konqresdə Respublikaçılar Partiyası adından Şimali Karolina ştatının 6-cı seçki dairəsini təmsil edən Hovard Kobl ABŞ Nümayəndələr Palatası yanında nizamlayıcı islahatlar, kommersiya və antitrest hüququ üzrə altkomitənin sədridir.

sia/az

Digər xəbərlər