PDF Oxu

Siyasət

  • 82

Millət vəkillərimiz İstanbulda keçirilən regional seminarda iştirak edəcəklər

Millət vəkillərimiz İstanbulda keçirilən regional seminarda iştirak edəcəklər

Dekabrın 13-14-də İstanbulda "Hasilat sənayesində parlamentarilərin rolu" mövzusunda regional seminar keçiriləcəkdir. Seminarda Milli Məclisin deputatları Qənirə Paşayeva və Rasim Musabəyov iştirak edəcəklər. SİA-nın məlumatına görə, Gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunan bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaqlar.Seminarda neft, qaz və mədən sahələrində qanun yaradıcılığı və onun tətbiqinə cəlb olunmuş parlament üzvləri arasında təcrübə mübadiləsi aparılacaq, parlamentlərin bu prosesə cəlb olunması imkanları dəyərləndiriləcək.Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

sia.az

Digər xəbərlər