Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə baglı Sarıyer Kireçburnu Heydər Əliyev parkında anma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə diplomatlar, iş adamları, deputatlar, AzeDer-in üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri və Türkiyənin aparıcı KİV təmsilçiləri iştirak ediblər.Mərasim iştirakçıları xalqımızın Ümummilli liderinin abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov mərasimi açaraq bildirib ki, türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan dövlətinin qurucusu Dahi Lider Heydər Əliyev zəngin və mənalı həyatını xalqının rifahına və xoşbəxtliyinə həsr edib.Çıxış edən qonaqlar Ulu Öndər Heydər Əliyevin dahi bir şəxsiyyət, ulu öndər, böyük siyasətçi olduğunu vurğulayıblar.AzeDer sədri Rəşad Abdullayev də öz çıxışında 12 dekabrın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını, amma H.Əliyevin geriyə sabit, durmadan inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan bir məmləkəti əmanət qoyub getdiyini vurğulayıb. Çıxışını Ümummilli Lider Heydər Əliyevin "Gərək nəbzin vətənin nəbzi ilə vursun" sözləri ilə yekunlaşdıran Rəşad Abdullayev gənclərin Azərbaycanı qoruyaraq əmanətə sahib çıxmaq üçün var gücümüzlə çalışmalı olduğumuzu bildirib.
sia.az