PDF Oxu

Siyasət

  • 90

Hikmət Babaoğlu: “Buna nə Azərbaycan xalqının, nə də müxalifətin şübhəsi yoxdur”

Hikmət Babaoğlu: “Buna nə Azərbaycan xalqının, nə də müxalifətin şübhəsi yoxdur”

"Müxalifətin dekabrın 15-nə planlaşdırdığı aksiya fiaskoya uğrayacaq. Guya ki indi bunlar Ukraynadakı etiraz aksiyalarını Azərbaycanda sərgiləmək istəyirlər. Hesab edirəm ki, bu, kökündən yanlış iddiadır. Çünki Ukraynada mövcud proseslərlə Azərbaycanda baş verən hadisələr heç cürə müqayisə edilə bilməz". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müxalifətin dekabrın 15-nə planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib."Biz bilirik ki, Gürcüstan, Ukrayna, Qırğızıstan və s. müxtəlif inqilabları keçən ölkələrdir. Həmin dövrdə də Azərbaycan müxalifəti cəhd etdi ki, orada baş verən prosesləri mexaniki olaraq ölkəmizdə təkrarlasın, bununla da müəyyən dividentlər əldə etsinlər. Azərbaycanda siyasi, iqtisadi şərait tamamilə başqadır. Hətta bununla belə xalq-iqtidar münasibətləri belə fərqlidir. Biz bilirik ki, bugünkü Azərbaycan hakimiyyəti milli maraqları müdafiə edən dövlətdir. Buna nə Azərbaycan xalqının, nə də müxalifətin şübhəsi yoxdur. Amma Ukrayna dövlətində isə tamamilə başqa proseslər baş verir. Biz bu gün Azərbaycanı tam müstəqil dövlət kimi xarakterizə edirik. Bu doğurdan da belədir. Hər bir xalq taleyi ilə bağlı qərarı özü verir. "Milli Şura" Azərbaycan ictimai-siyasi mövcudluğunun, reallığının sifarişindən yaranmayan təşkilatlanmadır. Bu, xarici anti-azərbaycançı mərkəzlərin layihəsidir. Hesab edirəm ki, müxalifətin növbəti mitinqinin də heç bir effekti olmayacaq" – deyə, H. Babaoğlu deyib.

sia.az

Digər xəbərlər