PDF Oxu

Siyasət

  • 84

Ramiz Rzayev: Enerji resurslarının səmərli istifadəsi mühüm əhəmiyyət kəsb edir

Ramiz Rzayev: Enerji resurslarının səmərli istifadəsi mühüm əhəmiyyət kəsb edir

"Azərbaycanda enerji təhlükəsizliyi tam təmin olunub, ölkəmiz bütün növ enerji resurslarının ixracatçısına çevrilib. Enerji resurslarına malik olmaq həm də ondan səmərəli istifadəni zəruri edir". Bu fikirləri Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, enerji resurslarının səmərli istifadəsi mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə,bu sahədə görüləcək işlər çoxdur.

"Araşdırmalar nəticəsində müəyyən olunub ki, ölkədə istehlak olunan enerji resurslarının 35-40%-nə qənaət etmək olar. Qeyd edim ki, Energetika Nazirliyi tərəfindən 2014-2020-ci illəri əhatə edəcək enerji siyasəti proqramı hazırlanır. Proqramda enerji resurslarından daha səmərəli istifadə haqqında bəndlər də yer alacaq"- deyə, şöbə müdiri qeyd edib.

yap.org.az

Digər xəbərlər