"Azərbaycan ardıcıl, sabit inkişaf edən ölkədir. Azərbaycan bu gün o ölkələrdən biridir ki, kataklizmlərdən uzaqdır". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Azərbaycanda atılan ölçülüb-biçilmiş addımlar son nəticədə uğurlarımıza gətirib çıxarır. Onun sözlərinə görə, Avropanın bir sıra dövlətlərində böhranlar fonunda cidi sosial böhran yaşanır.
"Biz həmişə Yunanıstanı misal çəkirik. Yunanıstanda əməkhaqlarının artırılması, pensiya yaşının azaldılması, iş yerlərinin çoxaldılması kimi süni şəkildə atılmış bu populist addımlar bu gün Yunanıstan dövlətini çökdürüb. Bu baxımdan biz bilməliyik ki, düşünülmüş, düzgün sosial-iqtisadi siyasət ölkəmizi bu cür problemlərlə üzləşməyə imkan verməyib. Bu gün Ukraynada gedən hadisələrin, dünyada digər ölkələrdə gedən hadisələrin mitinqlərlə, hay-küylə həlli yoxdur. Problemlərin həlli müdrik, ağıllı siyasətlədir. Bu siyasəti də möhtərəm Prezidentimiz İlham Əliyev həyata keçirir"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az