Şaxtalı və qarlı hava şəraiti İranda ciddi fəsadlar yaradıb. Son məlumatlara görə, 700 nəfərdən çox insan ölkənin Şərqi Azərbaycan vilayətlərinin dağlıq ərazilərindəki yollarda qalıb. İnsanlara kömək məqsədilə bölgəyə xilasedicilər cəlb olunub.Dekabrın 15-də gecə saatlarından başlayaraq ölkənin 24 vilayətində havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Əksər bölgələrdə güclü qar yağacağı, yolların buz bağlayacağı bildirilir. Sürücülərə şaxtalı və qarlı hava proqnozlaşdırılan bölgələrdə yola çıxmamaq tövsiyə olunub.
sia.az