Gürcüstan energetika nazirinin müavini Məryəm Valişvili "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində ölkəsinin 2014-cü ilin aprelindən Türkiyəyə elektrik enerjisi ixracına başlamaq imkanına malik olduğunu bildirib.Nazir müavininin dediyinə görə, hər il aprel-avqust aylarında Gürcüstanda elektrik enerjisi bolluğu yaranır ki, bu da enerjini ixrac etməyə imkan verir.M.Valişvili deyib ki, ixracı fərdi şirkətlər həyata keçirəcəklər. Hələlik müqavilə bağlanmasa da, müvafiq strukturlar hazır olduğundan şirkətlər bu məsələ ilə əlaqədar danışıqlara başlaya bilərlər.
sia.az