Bu gün Azərbaycanın milli qəhrəmanı, jurnalist - Salatın Əsgərovanın doğum günüdür. SİA-nın məlumatına görə, 1991-ci ilin yanvarında "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru olan Salatın Əsgərova cəbhə bölgəsində, Laçın rayonu yaxınlığında, öz peşə borcunu yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub.Qarabağin ən qaynar nöqtələrində peşə borcunu yerinə yetirən Salatın Əsgərova Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalistdir.
sia.az