PDF Oxu

Siyasət

  • 50

Bu ilin on bir ayında əhalinin gəlirləri 6,5 faiz artmışdır

Bu ilin on bir ayında əhalinin gəlirləri 6,5 faiz artmışdır

Yanvar-noyabr aylarında Azərbaycanda adambaşına düşən gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 3471,7 manat və ya ayda orta hesabla 315,6 manat olmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövrdə əhali tərəfindən əldə edilmiş 32,3 milyard manatlıq gəlirin 68 faizi istehlak xərclərinə, 10,8 faizi vergilərin, kreditlər üzrə faizlərin, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə sərf olunmuş, 21,2 faizi isə yığıma yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlirləri 29,4 milyard manat təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artmışdır.

yap.org.az

Digər xəbərlər