PDF Oxu

Siyasət

  • 71

Yunanıstanın Baş naziri Bakıda Trans-Adriatik boru xətti layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak edəcəkdir

Yunanıstanın Baş naziri Bakıda Trans-Adriatik boru xətti layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak edəcəkdir

Yunanıstanın Baş naziri Antonis Samarasın gələn həftə Trans-Adriatik boru xətti (TAP) layihəsi üzrə sazişin imzalanması mərasimində iştirak etmək üçün Azərbaycana gəlməsi planlaşdırılır.

AzərTAc Yunanıstan mətbuatına istinadla xəbər verir ki, yunanıstanlı Baş nazirin səfəri zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəzərin Azərbaycan sektorundakı "Şəhdəniz" qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.

yap.org.az

Digər xəbərlər