Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız dekabrın 17-də Bakıya səfərə gələcəkdir.
Məqsəd Bakıda Trans-Adriatik boru xətti (TAP) layihəsi üzrə sazişlərin imzalanma mərasimində iştirak etməkdir.
Dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Şəhdəniz" qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.
yap.org.az