"2013-cü il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri baxımından uğurlu oldu". Bu fikirləri yap.org.az saytına YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.
A.Hacıyev bildirib ki, partiyamızın beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, buna nümunə kimi ölkəmizdə partiaymızın təşəbbüsü ilə keçirilən tədbirləri, eləcə də ikitərəfli münasibətləri göstərmək olar.
"Bilirsiniz ki, 2013-cü ilin aprel İCAPP-ın Qadınlar Qolunun ilk iclası keçirildi, avqust ayında isə Gənclər təşkilatının toplantısı oldu. Həmin tədbirlərdə iddi qərarlar qəbul olundu. Eləcə də, Türkiyədə İCAPP-ın Daimi Komitəsinin iclasında iştirak etmişik. İCAPP-ın tərkibində Kambocada keçirilən parlament seçkilərini müşahidə etdik, Daimi Komitənin bir iclası da Vyetnamda oldu. Bundan əlavə, İCAPP çərçivəsində bir sıra partiyalarla əməkdaşlıq haqında memorandum imzalamışıq. İCAPP böyük təşkilatldır, özündə 340-dan çox siyasi partiyanı birləşdirir. YAP bu təşkilat çərçivəsində həm iqtidarda, həm də müxalifətdə olan partiyalarla əməkdaşlıq edir. Qurumun Daimi Komitəsinin üzvü seçilməyimizin səbəbi də geniş xarici siyasət həyata keçirməyimizdir. Avropaya gəldikdə isə, biz Avropa Xalqları Partiyası ilə fəal əməkdaşlıq edirik.
Ümumiyyətlə, partiyamızın beynəlxalq əlaqələri inkişaf edir. Bu da ölkədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Təbii ki, beynəlxalq əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək"- deyə, A.Hacıyev vurğulayıb.
yap.org.az