Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Avropa Xalqlar Partiyasının gənclər təşkilatı Avropa Demokrat Tələbələr təşkilatının Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Şura iclasında iştirak edib.
Ramin Məmmədov səfər çərçivəsində iclasda çıxış edərək, YAP Gənclər Birliyinin təqdimatını keçirib və tərəflər arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərindən danışıb.
Səfər çərçivəsində YAP Gənclər Birliyinin sədr müavini Avropa Demokrat Tələbələr təşkilatının sədri Eva Majevski, qurumun baş katibi İnqrid Hopp, həmçinin digər ölkələri təmsil edən təşkilatların rəhbərləri ilə bir sıra görüşlər keçirib.
yap.org.az