"İsa Qəmbər Azərbaycanda səmərəsiz, səriştəsiz və anti-milli addımlarını pərdələmək üçün Ukraynaya gedib. Onun bu addımı heç bir məntiqə əsaslanmır, 20 ildir məğlubiyyətlərə düçar olan bir partiya rəhbərinin başqa bir ölkədə özünü "müxalifətçilərin lideri" kimi təqdim etməsi normal siyasi addım deyil". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.
İ.Qəmbərin Ukrayna səfərini, onun Ukraynada müxalifətçilərlə görüşünü şərh edən T.Tağıyev qeyd edib ki, Ukrayna müxalifətinin İ.Qəmbərə heç bir ehtiyacı yoxdur: "Əgər o ciddi siyasətçi olsa idi, dekabrın 15-də "Milli Şura"nın mitinqində başda olardı. O artıq bu qurumda arzulanmaz şəxsə çevrilib, özü də bunu bilir. Təsəvvür edin ki, bu insan illərdir yalanlar danışır, Müsavat Partiyası bir normal konsepsiya irəli sürməyib, amma hansı ölkədə bir şey görsələr ora qaçırlar. Vaxt var idi ki, Azərbaycanı ərəb ölkələri ilə müqayisə edirdilər, indi də Ukrayna ilə müqayisə edirlər. Bu onların nə qədər qeyri-ciddi adam olduqlarını göstərir. İ.Qəmbərin Ukrayna səfəri görüntü yaratmaq məqsədi daşıyır, özlərinə dəstək almaq üçün hər gün bir dövlətin şinelini geyinməyə cəhd edən bu tip adamların niyyətləri elə gözlərində qalacaq. Onlar indi də Avropadan dəstək almaq üçün Ukraynaya gediblər".
sia.az