PDF Oxu

Siyasət

  • 82

Bahar Muradova: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər varsa...”

Bahar Muradova: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər varsa...”

"Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündən sonra keçirilən bütün görüşlərdə və regiona edilən səfərlərdə diqqəti çəkən əsas məqam hər kəsin öz açıqlamalarında görüşlərlə bağlı müsbət tendensiyaların olduğunu vurğulamasıdır". Bunu SİA-ya Milli Məclisin Sədr müavini Bahar Muradova deyib."ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı xüsusilə, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin açıqlamasındakı müsbət məqamları qeyd etmək istərdim. O, hər iki ölkə prezidentinin danışıqlar prosesinə mane ola bilən cəhətlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verdiyini və atəşkəs rejiminə əməl olunmasının vacibliyini vurğuladığını, eləcə də bu danışıqların səmərəli nəticələr verməsi üçün digər problemli cəhətləri aradan qaldırmağın önəmini qeyd edib. Hətta, A.Kaspişik bir qədər də irəli gedərək, 2014-cü ildə müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu deyib. Əlbəttə ki, belə bir əhval-ruhiyyənin olması müsbət amildir və diqqəti cəlb edən məqamdır. Əgər həqiqətən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər varsa, hər iki tərəf təbii ki, bunlara mane ola biləcək açıqlamalardan, fəaliyyətdən və hərəkətdən çəkinməlidir.Ümid etmək istərdim ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin bu mövqeləri qarşıdakı müddətdə özünü doğrultsun və hansısa irəliləyişə nail olunsun" - deyə Sədr müavini əlavə edib. Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.

sia.az

Digər xəbərlər