Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. SİA-nın məlumatına görə, SİA-nın məlumatına görə bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.Nazir müavinin sözlərinə görə, Rusiya tərəfindən də stansiyanın bağlanması ilə əlaqədar bütün tədbirlər sona çatdırılıb: "Artıq stansiya fəaliyyət göstərmir və Rusiya tərəfinin komissiyada çalışan kontingenti oradan çıxarılıb. Bu məsələ bitmiş hesab olunur".X.Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında danışıqlarda "Qəbələ RLS məfhumu artıq yoxdur: "Çünki stansiya işini dayandırıb".Qəbələ RLS-in binasının gələcəkdə istifadəsinə dair məsələyə gəlincə isə X.Xələfov deyib ki, bina Nazirlər Kabinetinin qərarı ilə ilə müvafiq qurumlara həvalə olunub.
sia.az