PDF Oxu

Siyasət

  • 78

Mübariz Əhmədoğlu: “Rusiya ilə Avropa İttifaqı arasında Ukrayna uğrunda geosiyasi mübarizə gedir”

Mübariz Əhmədoğlu: “Rusiya ilə Avropa İttifaqı arasında Ukrayna uğrunda geosiyasi mübarizə gedir”

"Ukraynada baş verənlərin günahkarı Ukraynanın siyasi elitası və siyasi rəhbərliyidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Ukraynanın coğrafiyası olduqca qəlizdir: "Misal üçün Ukraynanın Şərqində yaşayanlarla Qərb hissəsində yaşayanlar həm mentallitetlərinə, həm dini əqidələrinə görə tamam fərqlənirlər. Bir çox məqamlara görə Ukraynanı sevməyənlər Avropanın qonşuluğunda belə bir böyük dövlətin olmasından ehtiyat edirlər. Buna görə hər kəs bu dövləti öz təsiri altına salmaq niyyətindədir. Lakin Ukraynada baş verənlərin böyük qismi məhz Ukraynanın daxilindəki proseslərdən qaynaqlanır. Eyni zamanda, Rusiya ilə Avropa İttifaqı arasında Ukrayna uğrunda geosiyasi mübarizə gedir. Elə əvvəldən "Şərq Tərəfdaşlığı Proqramı" 6 MDB ölkəsini Rusiyanın təsirindən çıxarmaq üçün nəzərdə tutulmuşdu. Bu dəfə isə alınmadı".Rusiyanın Ermənistanı ayırdıqları kimi Avropanın da Ukraynanı ayırmaq istədiyini, lakin bu iddiada düyünə düşdüklərini bildirən politoloq onu da qeyd edib ki, belə bir iddiaya düşmək Avropanın ən böyük səhvi idi: "Avropa İttifaqı əgər ki, ilk başdan 20 milyard avro versəydi məsələ çoxdan öz həllini tapardı. Rusiya isə Ukraynaya 5 milyarddan daha çox pul vəd edib. MDB ölkələri ilə iqtisadi əlaqələr Ukrayna üçün çox vacibdir. Ukrayna iqtisadi əlaqələrini daha çox Rusiya və MDB ölkələri ilə qurub. Ukraynanın indi bütün bunlardan üz döndərərək Avropa Birliyini seçməsi və Avropa İttifaqının iqtisadiyyatına uyğunlaşması üçün bu ölkənin 10-12 il zamana ehtiyacı var və buna Ukrayna xalqı dözməyəcək". Bu baxımdan Ukrayna prezidenti Viktor Yanukoviçin hazırda götürdüyü siyasi xəttin Avrointeqrasiya prizmasından düzgün addım olduğunu bildirən Mübariz Əhmədoğlu onu da deyib ki, Ukrayna hazırda Avropa İttifaqından maddi vəsait qəbul edir, Rusiya ilə də əlaqələri kəsmir: "Amma görünən odur ki, Ukrayna tədricən Rusiya ilə əlaqələri azaldaraq üzünü Avropa istiqamətinə çevirir. Burada əsas cığallığı Avropa tərəfi edir. Çünki, ilk öncə Ukraynaya 1 milyard avro təklif etmişdi. Ukrayna Avropa İttifaqından imtina etdikdən sonra 1 milyard məbləğ dönüb 20 milyard oldu"."İndi isə yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu Avropa İttifaqının və Avropa komissarlarının öz səhvlərini etiraf etməsi və MDB dövlətləri ilə yenidən münasibət qurmalarıdır" - deyən politoloq bu münasibətlərin düşmənçilik və işğalçılıq siyasəti olmaması vacibliyini də vurğulayıb: "Normal və bərabərhüquqlu münasibətlər qurulmalıdır. Bu prinsipial olaraq Azərbaycanın Avropa İttifaqı ilə qurduğu münasibətlər kimi olmalıdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı ilə məhz normal bərabərhüquqlu prinsiplər əsasında əməkdaşlıq edir. Lakin digər dövlətlər bu yoldan istifadə etmirlər və tamam başqa yolu seçirlər. Avropa İttifaqı da həmin dövlətlərin həm iqtisadiyyatına, həm digər əlaqələrinə nəzarət etmək hüququna malik olur. Misal üçün Azərbaycan belə bir variantla razılaşmadı və bərabərhüquqlu normal əlaqələr prinsipini seçdi".Politoloq Mübariz Əhmədoğlu eyni zamanda ABŞ Konqresinin nümayəndələrinin, Aİ nümayəndə heyətinin Avromaydana gedərək etirazçıları isti geyim və ərzaqla təmin etmələrinin əslində Ukraynanın daxili işlərinə qarışmaları kimi fikirlərə də münasibət bildirib: "ABŞ və Avropa İttifaqı Ukraynada müəyyən qrupu ələ alaraq Yanukoviç hakimiyyətinin üstünə yönəldiblər. Lakin onların əsas prinsipləri Ukraynanın təbii ehtiyatlarıdır. Hazırda Avropanın ciddi maddi problemləri var. Əslində, Qərb siyasi dairələri Ukraynanı özlərinə tərəf çəkməklə maddi ehtiyaclarını ödəmək niyyətindədirlər. Bu gün Avropa İttifaqı Ukraynaya 20-30 milyard pul xərcləyirsə, sabah Ukraynadan 200-300 milyard maddi vəsait götürəcək".

sia.az

Digər xəbərlər