PDF Oxu

Siyasət

  • 93

AMİP: “Daxilində intriqalar və ixtilaflar olan Milli Şura proseslərə təsir etmək gücündə deyil”

AMİP: “Daxilində intriqalar və ixtilaflar olan Milli Şura proseslərə təsir etmək gücündə deyil”

"Milli Şuranın aksiyası bir daha göstərdi ki, müxalifət düşərgəsi hələ siyasi proseslərin gedişinə ciddi təsir etmək imkanında deyil". SİA-nın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının, partiya funksioneri üzvü Əli Orucov Milli Şuranın sonuncu mitinqinin ictimai maraq doğruramasına və aksiyanın sönük keçməsinə münasibət bildirərkən belə qənaətə gəldiyini bildirib.

AMİP rəsmisinin fikrincə, siyasi ictimaiyyət ənənəvi müxalifətdə daxili çəkişmələrin baş verdiyini və bunun nəticəsində hər hansı bir aksiyanın effektli olmayacağını da yaxşı anlayır: "Daxili çəkişmələrlə dolu bir qurum effektiv aksiya keçirə bilməz. Milli Şuranın keçirdiyi aksiyanın izdihamlı alınmamasının əsas səbəbi məhz qurum daxilində intiriqaların və ixtilafların olması ilə bağlıdır".

sia.az

Digər xəbərlər