PDF Oxu

Siyasət

  • 74

Trans-Adriatik boru xəttinin tikintisinə 2015-ci ildə başlanılacaqdır

Trans-Adriatik boru xəttinin tikintisinə 2015-ci ildə başlanılacaqdır

Azərbaycanın "Şahdəniz 2" layihəsi çərçivəsində hasil olunacaq qazı Türkiyədən keçməklə Avropaya nəql edəcək Trans-Adriatik boru xətti (TAP) üçün gələn il tender keçiriləcək, 2015-ci ildə isə kəmərin inşaat işlərinə başlanılacaqdır.

Bu sözləri TAP Konsorsiumunun rəsmisi Lisa Givert demişdir.

TAP-ın əhəmiyyətindən bəhs edən L.Givert layihənin reallaşması nəticəsində Yunanıstana 1,5 milyard, Albaniyaya isə 1 milyard avro sərmayə qoyulacağını diqqətə çatdırmışdır.

TAP "Cənub Qaz Dəhlizi"nin əsas halqası sayılır. Layihə çərçivəsində Avropaya ildə 10 milyard kubmetr təbii qazın çatdırılması, sonrakı illərdə isə bu həcmin daha da artırılması nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər