PDF Oxu

Siyasət

  • 82

Əli Hüseynli: Azərbaycanda demokratik, şəffaf və ədalətli seçki sistemi mövcuddur

Əli Hüseynli: Azərbaycanda demokratik, şəffaf və ədalətli seçki sistemi mövcuddur

"Seçki Məcəlləsi qəbul edildiyi 2003-cü ildən bu günə qədər sənədə 16 dəfə dəyişiklik və əlavələr edilib". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, bu müddət ərzində Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik edilib. Onun sözlərinə görə, 30 maddə Məcəllədən çıxarılıb, 20-ə yaxın maddə isə əlavə edilib.

"Seçki Məcəlləsinə edilən mövcud dəyişikliklər Azərbaycanda demokratiyanın inkişafına xidmət edir. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdəki şəffaflıq özünü exit-polların keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə göstərir. Şəffaflığı təmin edən sadaladığım elementlərin hər biri Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb. Bütün bunlar bir daha Azərbaycandakı seçki sisteminin demokratik, şəffaf və ədalətli olmasından xəbər verir"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər