"Cənubi Qafqazda ölkələr arasında hər hansısa köklü bir dəyişikliyin olması inandırıcı deyil". Bu barədə SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Gürcüstan parlamenti ilə Ermənistan parlamenti arasında imzalanan memoranduma münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın tərəfdaşıdır və iki ölkə arasında sıx əlaqələr mövcuddur: "İki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və s. əlaqələri nəzərə alaraq Gürcüstan-Ermənistan əlaqələrinin müəyyən qədər yaxınlaşması, Azərbaycan və Gürcüstan münasibətlərinə heç bir təsir göstərə bilməz. Ümumiyyətlə, Gürcüstanın hazırki prezidenti Georgi Marqvelaşvilini ermənilərin mövqeyindən çıxış edən və ya etməyən kimi təqdim olunması düz deyil. Çünki bu anlayış siyasətdə işlənməməlidir".
sia.az