Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, qurumun büro üzvü Azay Quliyev dekabrın 17-də Portuqaliyanın Lissabon şəhərinə yola düşmüşdür.
AzərTAc xəbər verir ki, 4 gün davam edəcək səfər ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşinin dəvəti ilə reallaşacaqdır.
Milli Məclisin deputatı ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, həmçinin Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüş keçirəcəkdir.
AzərTAc