"Bazar günü Milli Şuranın keçirdiyi mitinqdə Cəmil Həsənlinin atdığı addım gülməlidir. Bu adam Konstitusiyanın altıncı maddəsinə görə, iqtidarı ittiham edir ki, guya iqtidar hakimiyyətə qeyri-qanuni gəlib. Cəmil Həsənlinin hərəkətləri onun psixoloqa ehtiyacı olduğunu gündəmə gətirir". Bu sözləri SİA-ya politoloq Cümşüd Nuriyev bazar günü "Milli Şura"nın keçirdiyi mitinqə münasibət bildirərkən deyib.O bildirib ki, Cəmil Həsənli tarix sahəsində atlı olsa da, hüquqi müstəvidə piyadadır: "60 faiz insanın Cəmil Həsənliyə səs verməsi ilə bağlı söylənən fikirlər xəstə təxəyyülün məhsuludur. Bu adamın psixoloqa ehtiyacı var. O, heç vaxt ölkə başçısı ilə müqayisə oluna bilməz. Son 10 ildə ölkə başçısının Azərbaycan üçün etdikləri göz qabağındadır. Azərbaycan əyalət dövlətindən sürətlə inkişaf edən modern dövlətə çevrilib. Digər dövlətlərin 50 ilə keçdiyi yolu Prezidentimizin siyasəti nəticəsində Azərbaycan qısa bir müddətdə keçib. "Milli Şura" mitinq etməklə 3 naftalinli siyasətçini ortaya çıxarıb nəyə nail olmaq istəyir? Onsuzda heç nəyə nail ola biməyəcəklər. Bir müxalifət ki dediklərinin 10-da birini meydana yığa bilmirsə, o zaman burada nədən söhbət gedə bilər?".Politoloq vurğulayıb ki, müxalifətin çıxışları xaricdən alınan sifarişlərə hesablanıb: "Onların çıxışları xaricdən ödənilən haqqın əvəzinə edilən tələbdir. Onlara buna görə maliyyə yardımı ayrılır ki, bu cür çıxışlar etsinlər. Cəmil Həsənli burada, İsa Qənbər Kiyevdə, Əli Kərimli isə "twitter"də bu kimi çıxışlar edir. Onların bütün çıxışlarını üst-üstə toplasaq, ən uzağı 1000 nəfərin dəstəyini qazana bilərlər. Azərbaycanın isə 9 min əhalisi, 5 milyon seçicisi var. Əgər ölkə əhalisinin 85 faizi bir adama səs verirsə, burada ikinci namizəddən söhbət gedə bilməz. "Milli Şura" Prezident İlham Əliyevin yenidən prezident seçilməməsi üçün hər addıma əl atdı. Cəmil Həsənli elə fikirləşir ki, adı İlham Əliyevlə çəkilməklə o, nəyəsə nail olacaq. O istəyir ki, ölkə başçısı öz çıxışlarında onu tənqid etsin. Bu, onun üçün böyük şərəf olardı. Lakin dövlət başçımız peşəkar insandır və elə insanların varlığı onun yadına da düşmür. Ölkə başçısının yüksək səviyyəli nitqlərində belə cılız təfəkkürlü insanlar haqqında hər hansı bir fikrə yer verməsinə ümid etmək gülüncdür".
sia.az