PDF Oxu

Siyasət

  • 80

Vüsal Qasımlı: “Şahdəniz-2” həm siyasi, həm də iqtisadi sabitliyə zəmin yaradır”

Vüsal Qasımlı: “Şahdəniz-2” həm siyasi, həm də iqtisadi sabitliyə zəmin yaradır”

"Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP, həmçinin TAP tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir". SİA-ya açıqlamasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri, iqtisadçı-ekspert Vüsal Qasımlı belə deyib.Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya çıxarılması infrastruktur və digər layihələr daxil olmaqla 45 milyard dollarlıq bir investisyanın ölkəmizə cəlb olunması gözlənilir: "Belə ki, bu investisyaların bir hissəsi Azərbaycana qoyulacaq, digər bir hissəsi isə tranzit ölkələrə yönəldiləcək. Bütövlükdə bu investisyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz təkanını və töhfəsini verəcək. Bu layihə, təkcə qaz sektorunda deyil, eyni zamanda, bu sektora xidmət göstərən digər sahələrin də inkişafı üçün zəmin yaradacaq. Çünki hər bir investisyanın tiblikatr effekti olur və bu imkan verir ki, Azərbaycanda gələcəkdə cəlb olunmuş investisyalarını xaricə yönəldə bilsin".Vüsal Qasımlının sözlərinə görə, 2010- cu ildə Azərbaycan neft hasilatını artırıb: "Həmin il, Azərbaycan 50 milyon dollardan çox neft hasil edib. Nəzər yetirsək görürük ki, sonrakı illərdə neft hasilatı azalıb. Bütünlükdə neft mənbəyi daimi deyil və gələcəkdə neft gəlirlərinin azalması qaçınılmazdır".Vüsal Qasımlı qeyd edib ki, 2019- cu ildən başlayaraq Azərbaycan qaz hasilatını genişləndirəcək və 2048-ci ilə qədər bu layihədən gəlir əldə edəcək: "Ümumilikdə gəlirlər 200 milyard dollar civarında qiymətləndirilir ki, bu rəqəm Azərbaycan üçün cəlbedici bir rəqəmdir. "Şahdəniz-2" layihəsinin imzalanması Azərbaycanın uzunmüddətli tərəfdaşlarının sayını artırır. Bu Azərbaycanda həm siyasi, həm də iqtisadi sabitliyi təmin olunması üçün zəmin yaradır və Azərbaycanın Avropa üçün əhəmiyyətini artırır. Bu layihə Azərbaycanda digər ixracat sahələrinin inkişafına iş yerlərinin formalaşdırılmasına və ixracatın genişləndirilməsinə zəmin yaradacaq".

sia.az

Digər xəbərlər