PDF Oxu

Siyasət

  • 58

Siyavuş Novruzov: "Atəşkəsin ermənilər tərəfindən pozulması danılmaz faktdır"

Siyavuş Novruzov: "Atəşkəsin ermənilər tərəfindən pozulması danılmaz faktdır"

"ATƏT-in fəaliyyətdə olan sədrlərinin təmas xəttinə olan monitorinqləri onların daimi fəaliyyətinin nəticəsidir. Mütəmadi olaraq keçirilən monitorinqlərin məqsədi təmas xəttində atəşkəsin pozulması və bu pozuntunun hansı tərəfdən baş verdiyi araşdırmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov ATƏT-in fəaliyyətdə olan sədrlərinin bu gün təmas xəttinə təşkil edəcəyi monitorinqə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, atəşkəs rejiminin ermənilər tərəfindən dəfələrlə pozulması danılmaz faktdır: "Atəşkəsin pozulması sərhəddə yaşayan fermerlərə, eləcə də ayrı-ayrı insanların işlərinə maneçilik törətməklə yanaşı, sakinlərin həyatı üçün olduqca təhlükəlidir. Odur ki, bütün bunların hamısı hər zaman monitorinq qrupunun diqqətinə çatdırılmalıdır".Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Qazax rayonunun Bala Cəfərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Peter Svedberq keçirəcəklər.

sia.az

Digər xəbərlər