PDF Oxu

Siyasət

  • 72

“İsa Qəmbərin xalqın adından danışmağa haqqı yoxdur”

“İsa Qəmbərin xalqın adından danışmağa haqqı yoxdur”

"Əvvəla, İsa Qəmbərin Ukraynada meydanda çıxış etməsi məntiqsiz bir şeydir. Digər tərəfdən, onun Azərbaycan xalqı adından çıxışlar etməyə, bəyanatlar verməyə haqqı yoxdur. Necə ola bilər ki, ətrafında 10-15 nəfər adam olan biri ümumilikdə 10 milyonluq xalqın adından danışsın? Bu yolverilməzdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.İ.Qəmbərin Ukraynaya gedərək mitinqlərdə Azərbaycan xalqının adından çıxış etməsinə münasibət bildirən millət vəkili A.Şahverdiyev onu da qeyd edib ki, İ.Qəmbər məhz bu hərəkətinə görə xalqın qınaq obyektinə çevrilməlidir: "İ.Qəmbər ancaq öz adından danışa bilər. Xalq ona icazə vermir ki, xalqın adından hansısa xarici dövlətdə çıxışlar etsin. O, Azərbaycan xalqının səsindən məhrum olan, xalqı heç vaxt etimad göstərmədiyi bir şəxsdir. Azərbaycan xalqı adından yalnız dövlət başçısı cənab İlham Əliyev danışa bilər. Çünki Prezidentin arxasında xalq dayanır. İkinci bir şəxsin hüququ yoxdur ki, xalqın adından danısşın".

sia.az

Digər xəbərlər